ƏDV-nin kassa metodunun tətbiqi zamanı tam, yoxsa qismən ödəniş əsas götürüləcək? (1-ci yazı)
Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev 1 yanvar 2020-ci il tarixdən tətbiq olunması gözlənilən əlavə dəyəri vergisi tutulan əməliyyatın kassa metodu ilə bağlı vacib məqama aydınlıq gətirib: “Təklif olunan dəyişiklikdə Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq ödəmə dedikdə, malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt nəzərdə tutulur. Həmçinin, maddənin qeyd hissəsində yazılıb ki, ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.
ƏDV məbləğinin tam və ya qismən ödənilməsi məsələsinə gəlincə, təklif olunan dəyişikliklərdə qeyd edilir ki, verg tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.
Misal üçün, yanvar ayında satdığınız 1000 manatlıq malın ƏDV-si daxil olmayıbsa, amma əsas məbləğ tam və ya qısmən daxil olubsa, hətta ƏDV-si gəlməsə belə, həmin daxil olan vəsaitə (tam və ya qısmən) uyğun ƏDV-ni hesablayaraq yanvar ayı üzrə bəyannamədə dövlət büdcəsinə bəyan etməlisiniz.”
Qeyd edək ki, bu fikirlər Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın